“Xalqın hikməti, elin sənəti” adlı sərgisi...

26 Iyul-06 Avqust, 2023

Keçirilmiş

İyulun 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Xalqın hikməti, elin sənəti” adlı sərgisinin açılış mərasimi baş tutub.

Açılış mərasimində bir çox dövlət xadimlərinə, sənət nümayəndələrinə, həmçinin tədbirin təşkilatçı tərəflərindən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevə və Sərdarlar ailəsinin üzvlərinə söz verilib.

Muzeyin direktoru Çingiz Fərzəliyəv qonaqları salamlayaraq Azərbaycan Milli İncəsənət Muzeyinin belə önəmli tədbirə ev sahibliyi etməkdən məmnun olduğunu və sərgiyə kuratorluq edərkən xüsusi zövq aldığını vurğulayıb.

Tədbirdə çıxış edən qonaqların hər biri Sərdərlar ailəsi ilə tanışlıq xatirələrindən, ələlxüsus onların əl işlərinin yaratdığı yüksək təəssüratlarından bəhs ediblər. Ailənin unudulmuş tətbiqi sənət nümunələrini yenidən fərqli məzmun və formatda ictimaiyyətə təqdimatının milli, etnik kimliyimizin tanıdılması yolunda əhəmiyyəti də vurğulanıb. Sənət nüməyəndələri çıxışları zamanı “LATİS” brendinin yaradıcı sənətkarlarının bədii zövqü ilə hər birimizi valeh etdiyini, onların zərgərliklə tətbiqi sənəti sintezləşdirdiyi kompazisiyaların milli koloritləri və orijinallıqları ilə seçildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonda Sərdarlar ailəsinin üzvü İsgəndər Sərdarlı "Sözlər yaratdığımız əsərləri ifadə etməyə yetməz, qoyun əsərlər özləri danışsın" yekun çıxışı ilə  hamını sərgi ilə tanış olmağa dəvət edib.

Sərgidə Sərdarlar ailəsinə məxsus Azərbaycancanda ilk dəfə olaraq sənət əsərləri kimi dəyərləndirilən şərq üslubu ilə hazırlanmış sandıq, sandıqça, mücrü, zinət və digər bəzək əşyaları kimi dəyərli örnəklər nümayiş olunmaqdadır. İrsimizə, keçmişimizə daima yaxından maraq göstərən Sərdarlar ailəsi öz əsərlərini yaradarkən xalq sənəti incilərindən, onların üzərini bəzəyən bədii işləmələrdən bəhrələnib. 70 eksponatın yer aldığı vernisajda “Nəbati Sərdarım” , “İrəvani”, “Zəngəzurum”, “Naxış beşiyi” adlı əsərlər, həmçinin kolleksiyamızın gözoxşayan xalçaları tədbir iştirakçılarının xüsusi marağına səbəb olan sənət inciləridir.

Müəlliflərin əsərləri hazırda Macarıstan, Şimali Kipr, Kanada muzeylərində, həmçinin müxtəlif ölkələrin tanınmış, nüfuzlu şəxslərinin kolleksiyalarında Sərdarlılar ailəsinin əsərləri saxlanılır.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...